Dünyaya örnək olmaq istəyən dövlətin öncə qanunlara üstünlük verməsi vacibdir - ÖZƏL
18:28 Siyasət"Açığı, ABŞ-də əvvəllər də belə təcrübənin olub-olmadığı haqqında məlumatım yoxdur. Amma indiki şəraitdə ölkə Prezidentinin belə bir addım atması heç də ABŞ üçün yaxşı görsəniş deyil".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Çünki bizə bu ölkəni qanunun aliliyinin, ədalətin təmin edildiyi bir yer kimi tanıdıblar həmişə. Amma görürük ki, hətta ölkə Prezidenti belə ədalətsizlikdən şikayət edir, oğluna qarşı haqsızlıq edildiyini deyir və səlahiyyətlərindən sui-istifadə edərək onu əfv edir. Maraqlıdır, əgər əfv edilən Robert Hanter Baydenin atası ölkə prezidenti olmasaydı ABŞ ədliyyə sistemi ona qarşı ədalətsizlik etmiş olacaqdı? Yaxud da bəlkə sistemin ədalətsizliyi yoxdur, sadəcə ABŞ Prezidenti vəzifəsindən ailə maraqları üçün sui-istifadə edir
Prezident C.Baydenin belə yanaşması hazırkı ABŞ administrasiyasının əsl mahiyyətini açmaq üçün yetərlidir. Bu faktın özü bir daha göstərir ki, bizim illərdir ABŞ-də qanunun deyil, maraqların şah olduğu barədə dediklərimiz əsassız deyil. Görünən odur ki, C.Bayden administrasiyası ölkəni özünün ata mülkü hesab edir, orada qanunların aliliyinə deyil, şəxsi-ailə maraqlarına üstünlük verir.
Ümid edirik ki, yeni seçilmiş Prezident Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinə başladıqdan sonra ABŞ yenə də qanunların aliliyinə söykənən dövlət kimi özünü göstərəcək. Yəni dünyaya örnək olmaq istəyən dövlətin hər şeydən öncə qanunlara üstünlük verməsi vacibdir. Daha durub C.Bayden kimi ailə maraqlarını qanundan üstün tutması deyil".