Yeddi dairənin seçiciləri səs verə bilməyəcək - MSK sədri

Bu bələdiyyə seçkisində yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcək.

Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib

O bildirib ki, həmin seçki dairələrinin seciciləri tamamilə məcburi köçkünlərdən ibarətdir.

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək", - deyə sədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31