Seçkilərdə iştirak etmək üçün müraciətlərin sayı açıqlandı

Azərbaycanda 685 bələdiyyə üzrə 8 min 71 nəfər seçiləcək.

Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Sədr bildirib ki, ölkə üzrə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

"Seçkilərdə iştirak etmək üçün 9 nəfər artıq müraciət edib", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31