VHP-nin bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Vətəndaş Həmrəyliyi Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Olaylar xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova komissiyanın bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, partiyanın 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 nəfər isə maliyyə məsələləri üzrə nümayəndə kimi qeydə alınıb.

Qərar səsverməyə çıxarılaraq MSK üzvləri tərəfindən qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31