Gürcüstanda aksiyalar Qərb tərəfindən idarə olunur

Gürcüstanda baş verən siyasi proseslər deməyə əsas verir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və hər vəclə onu həyata keçirməyə çalışır. Əslində Qərb xeyli müddət idi ki, belə bir fürsət gözləyirdi. Cənubu Qafqazda hökmranlığını təmin etməkdən ötrü dəridən-qabıqdan çıxan Qərb bu dəfə fürsəti əldən vermək istəmir. Qətiyyətlə demək olar ki, Gürcüstanda hakimiyyət çevrilişini reallaşdırmaqdan ötrü Qərbin əlində bir necə ssenari mövcuddur. Rusiyanın Gürcüstandan imtina etməsi isə Qərbin əl-qolunu açıb. Gürcüstanda parlament seçkilərindən sonra yaranan siyasi vəziyyət, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti Qərbin Gürcüstanda rəngli inqilab ssenarisini həyata keçirməyə sövq edib. Sözssüz ki, inqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Gürcüstanın Baş naziri Kobaxidzenin Avropa İttifaqı ilə danışıqları rəsmən dayandırmasi və qrantlardan imtina etməsi ilə bağlı qərardan sonra proseslər daha da sürətlənib.

Birmənalı şəkildə qeyd edilməlidir ki, Qərbin məqsədi Gürcüstanda demokratiyanın təmin olunması yox, idarə olunan hakimiyyətin kresloda əyləşdirilməsidir. Nəzərə almaq lazımdır ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü il postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermis inqilabın yenidən özünəməxsus formada təkrarını ehtiva edib. Hazırlanan və xüsusi xidmət orqanlarının əli ilə həyata keçirilən planda xarici təşkilatların rolu danılmazdır. Məlumata görə, bu planların reallaşdırılmasında USAİD kimi təşkilatlar fəal iştirak edirlər.

Proseslər deməyə əsas verir ki, artiq Gürcüstan inqilabın astanasındadır. Gürcüstan hökuməti 20 il oturuşmuş avrointeqrasiya siyasətindən imtina edərək, radikal şəkildə dönüş etməsi Gürcüstan əhalisinin küçələrə çıxmasına səbəb olub. Bu etirazlara prezident Salomi Zurabaşvili başçılıq edir. Gürcüstanda etirazlara ABŞ deyil, Avropa İttifaqı dəstək verir. Halbuki seçki günü və ondan sonrakı proseslərdə etirazlar bu qədər kütləvi deyildi və hökumət arxayın olaraq daha da radikal qərarlar qəbul etdi. Əslində, Baş nazir belə bir qərar qəbul edəndə vətəndaşların etiraz aksiyalarını baş verəcəyini bilməmiş deyildi. Hətta həmin aksiyalardan Qərbin əlehinə istifadə edəcəyi də gözlənilən idi. Lakin Qərbin bütün qüvvələri səfərbər etməsi Baş naziri çıxılmaz vəziyyətə salıb. Belə də Gürcüstanı Ukraynanın taleyi gözlədiyi aydın şəkildə təzahür edir. Artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və s. Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür. Bu qüvvələrin can atdığı müddətsiz etirazlar 2004-cü ildə sınaqdan çıxarılmış metoddur.

Siyasi ekspertlər hesab edirlər ki, əgər, Gürcüstanda etiraz aksiyaları hökuməti istefaya göndərərsə, prezident yeni aralıq hökumət təsis edib, seçkilərə gedəcək. Etirazlara sərt güc tətbiq edilsə, etirazlar daha ciddi xarakter alması mümkündür. Bütün sadalananlara baxmayaraq, artıq gürcü xalqı və Qərbin və onun təəssüübkeşlərinin əsl niyyətinin nədən ibarət olduğunu anlayır və buna ciddi müqavimət göstərir. Gürcülər yaxşı anlayırlar ki, xarici təsirlərin sarsıdıcı nəticələrindən sığortalanmağın yeganə yolu regional birlikdən, xüsusilə Azərbaycanla əlaqələri daha da gücləndriməkdən keçir. Azərbaycan və gürcü xalqı bir yerdə olduqca və eyni hədəfə doğru irəlilədikcə, regionu qeyri-sabitlik məkanına çevirmək cəhdləri heç bir nəticə verməyəcək.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31