Suriyada Yaxın Şərqin siyasi nizamı qurulur- ÖZƏL

"Suriyada yenidən başlayan silahlı toqquşma vətəndaş müharibəsi deyil. Bu  regionda güclər arasında nüfuz uğrunda həlledici müharibədir. Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarması, Hizbullahın zəiflədilməsi, İranın regional siyasətində ciddi şəkildə problemlər Suriyada Türkiyəyə qarşı yeni planlar həyata keçiridi. Xüsusilə, PKK-YPG nəzarət etdiyi ərazilərdə kürd dövlətinin  qurulması strateji planda idi". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, İsrailin  Suriyaya hücum edib, PKK-YPG ciddi hərbi və siyasi dəstək verərək, Suriyada Türkiyə qarşı problemlər yaratması gözlənilirdi. Demək olar ki, Türkiyə prosesləri qabaqlamış oldu. Məhz bir neçə ay  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Ədədlə ona görə görüş təklifləri edirdi ki, ortaq hərəkət edərək həm Suriyada təhlükəsizlik təmin edilsin, həm də PKK-YPG terroruna son qoyulsun. Amma, B. Əsəd görüşü qəbul etmədi. 
Türkiyənin sabiq müdafiə naziri TBMM üzvü Hulusi  Akar "B.Əsəd Türkiyənin  vaxtında görüşüb danışmaq şərtini qəbul etmədiyi üçün hazırkı durumla üzləşdi"- qeydləri... siyasi vəziyyətin Ankara üçün strateji məsələ olduğunu ortaya qoymuş oldu. İran Suriyada baş verənlərə seyrçi qalmaq istəmir. İran dəstəklədiyi "Haşdi Şabi" və "Kətaib Hizbullah" milis dəstələrini İraqdan Suriyaya döyüşmək üçün göndərib. Suriyada Türkiyə və İrana bağlı güclər qarşı-qarşıya gəlir. Suriyada Türkiyə taktiki və strateji qələbə əldə etməsi mümkün görünür. ABŞ proseslərdən kənardadı. Ankara bununla bağlı Vaşinqtona xəbərdarlıq edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31