Ceyhun Bayramov Qvineya-Bisaunun XİN rəhbərinə regiondakı vəziyyət barədə məlumat verib

Azərbaycan Respublikasının xarici işlər naziri CXeyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereyra ilə geniş tərkibdə görüş keçirib.

Olaylar xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd edilir ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təmasların artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin perspektivlərini müzakirə ediblər.

Nazir Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət barədə də məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31