44 günlük Vətən müharibəsi Azərbaycanın milli qürurunun bərpası ilə tarixə yazıldı- ÖZƏL

"Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Silahlı Qüvvələrimizin peşəkarlığı sayəsində Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "Bu böyük Zəfər nəticəsində 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Müharibənin yekunları, yalnız ərazilərimizin azad olunması ilə deyil, həm də Azərbaycanın milli qürurunun və ərazi bütövlüyünün bərpası ilə tarixə yazıldı. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz bölgədə sülh və sabitlik təmin etmək üçün fəal siyasət yürüdərək, Ermənistanı milli maraqlarımızı tanımağa məcbur etdi. 1992-ci ildən işğal altında olan Laçının azad olunması isə bu Qələbənin ən parlaq səhifələrindən biri oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31