Qərb Gürcüstanda ikinci dairə vurmaq istəyir- ÖZƏL
30 Noyabr 19:50 Siyasət"Rəngli inqilab tərəfdarları ancaq "bip-bipli" ifadələrə layiqdir-Şəbnəm Həsənova
Gürcüstanda parlament seçkilərindən sonra süni yaradılmış siyasi böhran davam etdirilməyə çalışılır. Qərbyönlü müxalifət parlament seçkilərinin nəticələrini əsassız ləğv etməyə, yeni seçki keçirməyə şiddətlə çalışır. Həmin dairələrdir ki, Qərbin tərifini yerə-göyə sığdırmır, Rusiyaya qarşı ikinci cəbhə açmaq amallarına sadiqliklə xidmət edirlər".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Olaylar.az-a açıqlamasında bildirib:
"Məqsəd bəllidir, hakimiyyətə, dominant strukturlara Qərbin kuklasının gətirilməsi. Buna görədir ki, Gürcüstanın səması, havası-suyu qədər siyasi prosesləri də rəngləndirilməyə çalışılır. Bunun isə yolu hardan keçir? Meydanlardan, rənglərdən, əldəqayırma, Qərbdə beyinləri yuyulan kuklalardan. Ağla gələn yeganə şey isə rənglərin müxtəlifliyinin tərəfdarı olanların, görünür, sadəcə siyasi baxışının, zehniyyətinin deyil, fiziologiyasının, anatomiyasının, strukturunun da rəngarəng olmasıdır. Əks təqdirdə bu qədər canfəşanlığa niyə ehtiyac duyulsun axı? Görünür, nəfs sadəcə Qərbdən axan maddi deyil, mənəvi baxımdan da onlara hakim kəsilir.
Qərb nəyə çalışır? Yumşaq güclə, pambıqla baş kəsməyə. Cəmiyyətləri içdən-içə parçalamağa, ənənəvi münasibətləri, dəyərləri məhv etməyə. Bu işdə hibrid müharibələr, siyasi partiyalar, QHT-lər, media, diplomatlar demədən hamısını özlərinə əl qatmağa vadar ediblər. Bu, bir oyundur. "Gevşəklərə" təsir etmək, onları idarə etmək, qucaqda oynatmaq da asan olur axı. Həm də gözükölgəli, boyunduruq vəziyyətində olursan. Qərb "Haqq" yolundan azmaqla, nahaqqın yolunu yaman tapıb.
Ermənistan isə ən çox dumana, çiskinə düşən tərəfdir. Elə bilirdi ki, Ukraynada qurulan plan, Gürcüstanda da baş tutacaq. Daha demirlər "qaş düzəldən yerdə, vurub göz çıxartdılar". Bu yandan da Ermənistanı elə kor edəcəklər ki, nəinki rəngləri görməyəcək, ağ-qaraya belə möhtac olacaq. Ukraynanın siyasi, iqtisadi durumu, insanlarını acınacaqlı vəziyyəti göz önündədir. Bunu Gürcüstan anladı, həm də anladığı o oldu ki, Azərbaycanla sözü bir yerə qoyduqca regionu konkret və abstrakt məhv etmək cəhdləri uğursuzluğa düçar olacaq. Bu əzmkarlığı davam etdirmək lazımdır.
Əli ətəyindən uzun gələn Ermənistan gör nə gündədir ki, ciddi siyasi fiqur kimi qəbul olunmayan Polşa Prezidenti Andjey Duda kimilərinə ümid edir. Belə yerdə deyirlər ki, "keçəlin əlində əlac olsa, öz başına çəkər". Dudanın qapısının da bir müddət sonra keçiriləcək növbəti seçkilərə çatmadan indidən bağlandığı aydın görünür.
Bir sözlə, dəyişən heç nə yoxdur, məqsəd ikisi ilə məhdudlaşmasa da, növbəti hədəf Serbiya olsa da hələ ki, Gürcüstan və Ukrayna olmaqla 2004, 2014-cü illər kimi indi də rənglərin hər tonunun 50 yox, 50 min çalara boyanmasıdır. Bu, Qərbsayağı bənzətmədir. Sonda obrazlı şəkildə və öz ədəbiyyatımızdan bənzətmənin köməyi ilə ifadə etsək, Gürcüstan ən son Qərbin süni "dəstəyini, oraya inteqrasiya söz-söhbətini də sanki "orbitə" buraxdı. Ya da 2028-ci ilə qədər normal, salamat yol gedəcəyini deyən Gürcüstan Qərb "peyklərini" göylərə uçurtdu, "göylər"in min rəng olub, ulduzların burda yəni, Cənubi Qafqazda qəşəng olduğu "bip-biplərini" arxaya atdı. Rəngli zehniyyət, təfəkkür qədər inqilab tərəfdarları da sonda ancaq "bip-bipli" ifadələrə layiqdir. Odur ki, sözüm elə burda bitsə yaxşıdır".
Zeynəb Rzayeva