Müstəqil siyasət yürütmək istəyi Qərbdə qıcıq yaradır – Zeynal Əmrəliyev – ÖZƏL

"Qərbdən asılı olan hansısa ölkənin müstəqil siyasət yürütmək istəməsi Qərbdə qıcıq yaradır və ona qarşı təzyiq siyasəti həyata keçirirlər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:

"Noyabrın əvvəllərində də Serbiyada ixtişaşlar baş vermişdi. Bu ixtişaşlar daha sonra prezident Aleksandr Vuçiçə qarşı geniş şəkildə mitinqə çevrilmişdi. Bunun da əsas səbəbi Vuçiçin müstəqil siyasət yürütməyə olan həvəsi idi. Eyni ssenarini vaxtı ilə Ukraynada da aparırdılar. Bu gün Gürcüstanda da həmin ssenari təqlid edilir. Hazırda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilə qədər Avropaya inteqrasiyadan imtinası ilə bağlı qərarı səbəni ilə Gürcüstanda etiraz aksiyaları başlayıb. Bu aksiyalara Fransanın Tbilisidə bir nömrəli adamı sayılan ölkə prezidenti Salome Zurabişvili rəhbərlik edir. Bu, kifayət qədər gərgin haldır. Gürcü xalqının iradəsinə ziddir. Avropa Parlamenti qərar qəbul edib ki, Gürcüstandakı seçkiləri tanımır. Halbuki indiki hakimiyyət gürcü xalqının iradəsinin əks etdirir. Seçkilər xalqın iradəsi əsasında baş tutub, amma bunu qəbul etmirlər. Ona görə qəbul etmirlər ki, bu cür hakimiyyətlər onların mənafelərinə uyğun deyil. Bu, regionda vəziyyəti gərginləşdirə bilər. Gürcüstan Cənubi Qafqaz üçün önəmli ölkədir və kənar qüvvələrin regiona bu şəkildə müdaxiləsi Cənubi Qafqazdakı sülh və sabitliyin pozulmasına səbəb ola bilər. Təəssüflər olsun ki, Aİ, ABŞ, Fransa Cənubi Qafqazda sülh və sabitliyə əngəl törədəcək addımlar atırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31