Mirzoyan bu ölkə prezidentinə Azərbaycanla sülhdən danışdı

Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin əsas komponentlərini və Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini ətraflı müzakirə ediblər.

Olaylar xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Mirzoyan və Finlandiya prezidenti Ermənistan-Aİ tərəfdaşlığı gündəliyinin əsas komponentlərini ətraflı müzakirə ediblər.Mirzoyan və Stubb regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

XİN rəhbəri vurğulayıb ki, Cənubi Qafqazda sabit sülhün bərqərar olması və Ermənistan Respublikası vətəndaşları üçün ən təhlükəsiz mühitin təmin edilməsi Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biridir. O, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün güclü siyasi iradəyə malik olduğunu qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31