Dövlət daim vətəndaşların yanındadır-Deputat- ÖZƏL
29 Noyabr 2024 11:29 Siyasət"Parlamentdə gələn ilin dövlət düdcəsinin müzakirəsi cəmiyyətdə müsbət qarşılanıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib: "Xüsusən büdcədəki artım, dövlətin həhlükəsizliyi və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində vəsaitin artırılması müsbət qiymətləndirilir. Ölkədə həyata kemirilən sosial islahatlar deməyə əsas verir ki, dövlət vətəndaşların yanındadır. Dövlətin apardığı sosial siyasət vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir. Bizim həyata keçirdiyimiz siyasət də ondan ibarət olmalıdır ki, dövlətin apardığı siyasəti düzgün ifadə edək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31