Deputatların çoxu verdikləri təklifləri nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandıra bilmir- ÖZƏL

"Deputat tənqidi fikirlər səsləndirməlidir. Problem o deyil. Problem budur ki, deputatların çoxu verdikləri təklifləri nə hüquqi, nə də iqtisadi baxımdan əsaslandıra bilmir". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Çünki verilən təkliflərin əksəriyyətinin  hüquqi və iqtisadi əsası yoxdur. Təklifi hüquqi və iqtisadi baxımdan əsaslandırmaq mümkün deyilsə bu sadəcə populizmdir, özü də məsuliyyətsiz populism".

Qeyd edək ki, bəzi mətbuat orqanları və sosial şəbəkələrdə deputatların parlamentdə 2005-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı etdikləri çıxışları yerində olmayan şıxış kimi dəyərləndirilir. Əsaslandırılır ki, millət vəkilləri daha çox sosial problemləri qabardırlar.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31