Ermənistanın KTMT-dəki üzvlüyü manevr üzvlükdür – ÖZƏL

Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) illik sammiti keçirilib. Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan iştirak etsə də, Ermənistan sammitə qatılmayıb və yalnız sənədlərin "məhdud formatda" təsdiqinə razılıq verib. Bu, Ermənistanın KTMT ilə gələcək əlaqələrinə dair sualları gündəmə gətirib. Üzvlüyün dondurulması Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərinə dair təşkilata narazılığın göstəricisi kimi dəyərləndirilir. Buna baxmayaraq, KTMT-nin bəzi üzvləri Ermənistanın təşkilata tam qayıdışına ümid bəsləyir.

"Ermənistanın tam imtina qərarının olmaması dərhal o nəticəni çıxarmağa imkan verir ki, Ermənistan tam imtina da edə bilməyəcək".


Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib:

"Hər iki tərəfdən faydalı tərəfdaşlıq həyata keçirməyin yolunu bilirlər. Ermənistanın hərbi baxımdan təchizatında da, hərbi sənayesinin inkişafında da 70-80 faizlik böyük ölçüdə prosesi Rusiya idarə edir və strateji baxımdan da ondan ayrılması mümkün deyil. Belə bir reallıq olmadığına görə, indiki vəziyyətdə Ermənistanın təktərəfli aktları yalnız hansısa diplomatik manevrə oxşayır. Geri mənada prosesdə geri dönüşü gözləmək mümkündür, amma geri dönüş olmasa belə, Ermənistanın KTMT-dəki üzvlüyünün manevr üzvlük olduğunu da qeyd edə bilərik. Bu da nəticəyə təsir göstərmir. Ermənistan faktiki olaraq həmin düşərgənin üzvüdür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31