Sülh ağacının inkişafına maneə olacaq üçüncü tərəf – Konfliktoloqdan AÇIQLAMA – ÖZƏL

Polşanın Prezidenti Andjey Duda jurnalistlərə bildirib ki, Polşa Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev beynəlxalq aləmin sülh məqsədi güddüyünü zənn etmir:

"Avropa İttifaqı diplomatiya ilə hansı problemi həll edib ki?!  Aİ-nin məqsədi Qafqazda təsir dairəsini genişləndirmək və gücləndirməkdir. İki tərəf arasında sülh bağlanarsa, müşahidəçilərə  nə ehtiyac var ki! İki tərəf arasındakı münasibətlər bu zamandan sonra üçüncü tərəfsiz irəliləməlidir. Üçüncü tərəf öz maraqlarını həyata keçirməyə çalışdığı üçün sülh ağacının inkişafına maneə olacaq! Aİ-nin təsir dairəsini gücləndirməyə çalışması Rusiyanın damarına basmaq deməkdir ki, bu da regionda qarışıqlıqların artmasına səbəb olar".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31