Səudiyyə Ərəbistanına və İndoneziya ilə viza tətbiqi ləğv olunur
28 Noyabr 2024 12:56 SiyasətAzərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında qısamüddətli səfərlər zamanı vizadan qarşılıqlı şəkildə azad ediləcək. "Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məcliisn noyabrın 29-da keçiriləcək plenar iclasında baxılacaq. Deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə məsələni müzakirə edərək sənədin qəbul olunmasına səs verəcəklər.
Qeyd edək ki, hər iki Anlaşma 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.