COP29 Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə cavab oldu- ÖZƏL

"Ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən bu hörmətin arxasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi quruma sədrlik etməsi, 2019-2021-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməsi, Qoşulmama Hərəkatına 2019-cu ildən başlayaraq 4 il uğurla sədrlik etməsi kimi danılmaz faktlar dayanır". "Olaylar" xəbər verir ki, bunu YAP Neftçala rayon təşkilatının sədri  Ülvi Fərzəliyev deyib:
"Bu faktların davamı olaraq, Azərbaycan dünyanın daha bir əhəmiyyət daşıyan dövlətlərarası tədbirinə - COP29-a yüksək peşəkarlıqla ev sahibliyi etdi. Bu möhtəşəm tədbirə 70 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa çalışan qüvvələrə qarşı beynəlxalq ictimaiyyətin özü tərəfindən verilən ən tutarlı cavab oldu. Bu, eyni zamanda, Azərbaycanın artan nüfuzu ilə bağlı quru sözlərlə deyil, real əməldə verilən mesajdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31