Ermənistan Yunanıstan silahlarını Ukraynaya verə bilər- ÖZƏL

"Yunanıstan Fransanın təlimati ilə  Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini verir. Əvəzində Fransa Yunanıstana "Rafael" qırıcılari və digər havadan müdafiə sistemləri verəcək". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Yunanıstan bu silahlari Ukraynaya vermək əvəzinə, Ermənistana göndərir. Halbuki ABŞ Türkiyədən S400 HHM Ukraynaya verməyi təklif etmişdi. Mövzu Ermənistan olduqda, susqunluq nümayiş etdirirlər və Ukrayna yada düşmədi. 
Yunanıstanın Ermənistana silahlar verməsi, sülh prosesinə mane olmaq və Türkiyə ilə əlaqələrin normallaşmasının qarşısını almaqdır. Ermənistana verilən havadan müdafiə sistemləri heç də Azərbaycana qarşı təhlükə yaratmayacaq. Fransa var qüvvəsi ilə Azərbaycana yenə problemlər açmağa çalışır. Baxmayaraq ki, Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamağa can atır. 
Yunanıstan və Fransa bu silahlari göndərməklə, N. Paşinyanı sülh gündəliyini bağlamağa sövq edirlər. Demək olar ki, N. Paşinyan Rusiya silahlarından imtina edir. Yunanıstandan göndərilən havadan müdafiə sistemlərini Ermənistan Ukraynaya göndərə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31