ABŞ Azərbaycana qarşı olan ədalətsiz mövqeyindən əl çəkməlidir- ÖZƏL

"Donald Trampın Amerikadakə prezident seçkilərində qələbəsindən sonra ABŞ-nin xarici siyasət kursunda dəyişikliklər edəcəyi bəllidir. Bütövlükdə nəzərə almaq lazımdır ki, ABŞ daha çox demokratların hakimiyyəti dövründə xarici ölkələrə müdaxilələrlə yadda qalıbdır. İndiki məqamda isə Donal Trampın qələbəsindən sonra respublikaçılarln hakimiyyəti dövründə ABŞ-nin xarici siyasətində müəyyən korrektələrin olma ehtimalları var. 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycanla ABŞ arasındakı münasibətlərdə Azərbaycan həmişə səmimi və dürüst mövqe ortaya qoyub. Amma özəlliklə, Co Baydenin hakimiyyəti dövründə Amerika Azərbaycana qarşı böyük haqsızlıqlar edibdir. Amerikadakı ermənipərəst konqresmenlər və senatorlar ABŞ Dövlət Departamentinin siyasi bəyanatlarının icmallarına bir çox hallarda təsir göstərə bilibdir. Bütün bunlar da ABŞ ilə Azərbaycan, ABŞ ilə Türkiyə arasında münasibətlərdə bəlli dövrlərdə soyuqluq yaradıbdır. Hər halda cənab Prezidentin Donal Trampa telefon zəngi etməsi, Azərbaycanla ABŞ-nin münasibətlərinin gələcəyiylə bağlı müzakirələrin edilməsi yanvarın 20-dən-yəni, Donald Trampın rəsmi formada fəaliyyətə başlamasından sonra   iki ölkə arasında münasibətlərdə yeni imkanlar üçün çığırlar açır. Azərbaycan bölgənin vacib ölkəsidir və ABŞ də Azərbaycana qarşı bu günə kimi sərgilənən haqsız və ədalətsiz mövqelərindən əl çəkməlidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31