Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır

"Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət basçımız prezident İlham Əliyevin uzun illər ərzindədüşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsindəqələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Azərbaycan Respublikası öz torpaqlarınıazad etməklə tarixi inkişafının irimiqyaslıbərpa-quruculuq layihələri iləsəciyyələnən, dayanıqlı sülhə, tərəqqiyəəsaslanan və bir çox ölkələr üçün nümunəolan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal vəxidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpasıistiqamətində mühüm işlər görülməkdədir". 

"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bu gün parlamentin iclasında 2025-ci ilin büdcə zərfi ilə bağlı çıxışı zamanı deyib. Deputat bildirib ki, dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının vəmilli fəaliyyət planlarının uğurlu icrasırespublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət edir. Azərbaycanın sabit və təhlükəsiz şəraitdəhərtərəfli inkişafı, iqtisadi rəqabət qabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdəqərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarıolmaqla gerçəkləşdirilməsi dövlət başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür: "Bəli, bütün istiqamətlərdəuğurla inkişaf etdirilən "Böyük Qayıdış"siyasəti dövlət siyasətimizin aparıcıistiqamətlərindən birini təşkil etməkdədir. Sözsüz ki, Böyük Qayıdışa dair Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet kimi nəzərdətutulub", -deyən millət vəkili əlavə edib ki, 2025-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə daxil olan bir çox məsələlər günün tələblərinə uyğun müəyyən edilib, lakin həll olunması arzu olunan bəzi məsələlər də vardır ki, onların aradan qaldırılması və gələcəkdə büdcədən bu sahəyə də vəsaitin ayrılmasına ehtiyac duyulur.

Sevinc Fətəliyeva millət vəkili seçildiyi ərazi üzrə bir neçə məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb: "Hövsan -şəhər tipli qəsəbədir, eləcə də əhali baxımından həmin ərazidə artım nəzərəçarpacaq dərəcədə hiss olunur. Qəsəbədə  poliklinikanın mövcud olmasına baxmayaraq, əhalinin  sağlamlığının tam təmin olunması və əhalinin məmnunluğu baxımından müasir tipli yeni xəstəxananın tikintisinə ehtiyac var. Dövlətimiz tərəfindən təhsilə göstərilən qayğıdanılmazdır. Gənclərin təhsili və onların gələcəyinin təmini dövlət siyasətinin prioritetidir. Arzu olunandır ki,  Hövsan qəsəbəsində 118 saylı orta məktəbdə, Yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbdə şagird sıxlığının olmasını nəzərəalaraq,  əlavə tədris korpusları,  Hövsan qəsəbəsinin  Quşçuluq Sovxozu yaşayışsahəsində isə  yeni məktəb binası tikilsin. Eyni zamanda,  Hövsan və Yeni Suraxanıqəsəbəsində mövcud, lakin yarasız vəziyyətdə olan uşaq bağçalarının sökülüb müasir tipli bağçalarla əvəzlənməsinəehtiyac duyulur. Baxmayaraq ki, son dövürlərdə millət vəkili seçildiyim ərazidəasfalt örtüyünün  çəkilşinə  mütamadi olaraq diqqət ayrılır, lakin  kanalizasiya probleminin mövcudluğu  digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur və əhali arasında narazılıq yaradır. Suraxanırayonunda mövcud olan kanalizasiya şəbəkəsinin yenidən qurulması, təmizləyici qurğuların tikintisi, kanalizasiya şəbəkəsi olmayan sahələrində bu problemin aradan qaldırılması vacib məsələlərdəndir.  Eyni zamanda  mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsinə baxmayaraq, bütövlükdə bəzi ərazilərdə problem öz həllini tapmamışdır. Yaxşı olardı ki, daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdən kənarda qalmasın". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31