Deputat seçildiyi rayonun problemlərinin həlli üçün hökumətdən dəstək istədi - ÖZƏL

"Vətən müharibəsində əldə olunan Zəfər Qələbəsi tarixə qızıl hərflərlə yazılan şərəfli bir salnamə yazmaqla yanaşı, hər bir azərbaycanlıya möhtəşəm qələbə sevincini yaşatdı və bu gün də yaşatmaqda davam edir. Azərbaycan COP29 kimi  qlobal əhəmiyyətli tədbirə sədrlik edərək onu uğurla başa çatdırmaqla bir daha qlobal liderliyini  dünyaya sübut etmiş oldu. Möhtərəm Prezident İlham Əliyevin parlaq siyasi obrazı daha qlobal  şəkildə  sülh və xilaskarlıq  təşəbbüslərinin bir lideri  kimi dünyaya təqdim olundu. Bunu təkcə biz deyil, bütün dünya gördü. Bu bir qururverici an idi". "Olaylar" xəbər verir ki, bunu deputat İlham Məmmədov Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Büdcə zərfi haqqında mövqeyini açıqlayan deputatın sözlərinə görə,  növbəti ilin büdcə layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki,  büdcə dünyada baş verən siyasi, iqtisadi,  hərbi kataklizmlər nəzərə alınmaqla  Azərbaycanın  sosial-iqtisadi  inkişaf perspektivlərinə əsaslanaraq  hazırlanıb. "Müstəqillik dövrümüzün ən yüksək maliyyətutumlu  büdcəsidir. Belə ki, gələn ilin  büdcəsi həm gəlirləri, həm də xərcləri rekord  həddədir. Bütün sahələr üzrə  əhəmiyyətli dərəcədə artımlar nəzərdə tutulub", - o qeyd edib.

Deputat əlavə edib ki,  2025-ci ilin büdcə layihəsində  bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də yetərincə  vəsait ayrılıb: "Səhiyyə sahəsinə ayrılan 2 milyard manata yaxın vəsaitin 1 milyon 410 min manatı, yəni 70,6%-i əhalinin    dövlət vəsaiti tibbi sığortalanması və səhiyyə  sahəsində olan dövlət proqramlarının xərclərinə yönələcək. Bu 2020-ci illə müqayisədə  bu 45 fazi artım deməkdir.  Cəmi 3  keçməsinəbaxmayaraq, bu artım  haradasa yarıbayarıartıb. Bu təkcə rəqəm deyil, həm də real həyatda  hər bir Azərbaycan ailəsinin  etibarlı şəkildə sağlamlığının qorunması vəəlçatanlığıdır.  Ona görə də  səhiyyəsahəsində ayrılan vəsaitin artırılmasınıalqışlayıram və bildirmək istəyirəm ki,  icbari tibbi sığortanın qısa zamanda  ölkəmizdə uğurlu tətbiqi cənab Prezidentin  siyasi iradəsinin nəticəsidir. Hətta ən inkişaf etmiş ölkələrdə belə,  bu yolu keçmək üçün  on illər vaxt keçir.  İcbari tibbi sığortanın tətbiqinin uğurlu olduğu ölkələri siyasi hakimiyyətinin əsas siyasi reytinqi və indkiatoru hesab olunur. Bu müqayisəni apararaq bildirmək istəyirəm ki,  ölkəmizdə son bir il ərzində  İcbari Tibbi  Sığorta Fondunun  həyata keçirdiyi xidmətlər zərfinin sayı 3315 çatdırılıb.  3 il bundan öncə bu 1700-1800 arasında idi. Özü də bura maliyyə tutumu yüksək olan və icrası mürəkkəb olan orqan transplantasiyası, bir sıra xoşxassəli  şişlərin əməliyyatı və bu kimi mürəkkəb xidmətlər daxil edilib.  Bu xidmətlər Azərbaycan  həkimləri tərəfindən icra olunur.  Yəni deməyim odur ki, burada təkcə kəmiyyət deyil keyfiyyəti özündə  ehtiva edən bu əməliyyatlar artıq ölkəmizdə icra olunur.  4 milyon əhalimizəson bir ildə 62 milyondan  çox tibbi xidmət göstərilib. 2023-2024-cü illərdə 223 orqan transplantasiyası   həyata keçirilib. Bu gün qaraciyər, böyrək və sümük iliyi transplantasiyası icbari tibbi sığorta hesabına həyata keçirilir. Bunların daha keyfiyyətli həyata keçirilməsi, eyni zamanda həkim çatışmazlığını aradan qaldırmaq və daha peşəkar həkimlərin Azərbaycan səhiyyəsinə cəlb etmək istiqamətində davamlı olaraq işlər həyata keçirilməkdədir. Bununla bağlı olaraq, xüsusi proqram qəbul edilib. Proqramın icrası nəticəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə xaricdə təhsil almış 76 həkim və mütəxəssislər dəvət edilərək işlər təmin olunub. Onlar ölkədə uğurla fəaliyyət göstərməkdədirlər". 

Hökumətin diqqətini Yevlax rayonun üzləşdiyi problemlərə çəkərək, onların həlli istiqamətində ciddi addımların atılmasını təklif edən deputat İlham Məmmədov bildirib ki,  Yevlax şəhərinin olduqca  ciddi həyəcan təbili çalınan və 30 ildən artıq bir vaxtı əhatə edən  problemin həllində hökumətdən dəstək istəyirik: "Bu problem ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 251-ci kilometrliyində qorunan dəmiryol keçidinin 1987-ci ildə ləğv edilməsi nəticəsində Yevlaxın  Aeroport, Çənlibel, Şəkitayı yaşayış massivində yaşayan 10 mindən çox insanın dəmir yolunun bir tərəfindən digər  tərəfinə keçmək üçün  avtomobillə 8-10 km məsafə yol qət etməli olurlar. Bu da sakinlərin əlavə vaxt itikisi ilə yanaşı, dəmiryolunu keçərkən  insanların həyatına ciddi təhlükə yaradır.  Dəfələrlə burada ölümlə nəticələnən  hadisələr baş verib.  Onu da qeyd edim ki, buradan bir yox, bir neçə  yol qovşağı keçir. Problemi həll etmək üçün   elə də böyük maliyyə məsrəfi tələb etməyən dəmir yolunun  keçən həmin hissəsindən piyada və avtomobillər üçün 20-25 metrlik bir yeraltı keçidin tikintisinə ehtiyac var. Ümid edirəm ki, hökumət yevlaxlıların bu tələbini nəzərə alacaq və tez bir zamanda  məsələ həllini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31