“İtki və Zərər Fondu”nun işlək vəziyyətə gətirilməsi Bakı Sammitinin mühüm nailiyyətlərindən biri oldu- ÖZƏL
16:40 Siyasət"COP29 Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında həm təşkilatçılıq, həm də diplomatiya bacarıqlarını bir daha təsdiqlədi". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Azərbaycanın "Yaşıl dünya naminə həmrəylik" şüarı altında yürütdüyü ədalətli və şəffaf moderatorluq, konfransın tarixi nəticələrə nail olmasında mühüm rol oynadı. Xüsusilə, inkişaf etməkdə olan ölkələrin, kiçik ada dövlətlərinin və ekoloji fəlakətlərin təsirinə məruz qalmış ərazilərin ehtiyaclarını diqqət mərkəzində saxlamaqla Azərbaycan qlobal həmrəylik nümunəsi göstərdi.
COP29 çərçivəsində "İtki və Zərər Fondu"nun tam işlək vəziyyətə gətirilməsi Bakı Sammitinin mühüm nailiyyətlərindən biri oldu. Bu fond, iqlim dəyişikliklərinin təsirlərindən əziyyət çəkən icmalara dəstək məqsədini daşıyır və onun 2025-ci ildə maliyyə vəsaitlərinin paylanmasına başlanması nəzərdə tutulur. Bundan başqa, iqlim diplomatiyasının çətin şəraitində "Bakı Maliyyə Məqsədi" razılaşmasının əldə olunması Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da artırdı".