Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu məkana çevrilib- ÖZƏL

"Azərbaycanın qürurla ev sahibliyi etdiyi COP29  bundan öncəki konfranslardan qlobal əhəmiyyəti və əldə olunmuş nəticələr baxımından müsbət mənada xeyli fərqli oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Əli Hüseynli deyib: "COP29 sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də Azərbaycanın beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda yeni tarixi bir addım oldu. Bakı dünya siyasətinin ən mürəkkəb problemlərin müzakirə olunduğu bir məkana çevrildi. Bu konfrans Azərbaycanın yalnız müşahidəçi deyil, qlobal çağırışlara cavab verən lider olduğunu bütün dünyaya nümayiş etdirdi.
COP29 dialoq mərkəzinə çevrilmiş Bakının beynəlxalq diplomatiyada və təşkilatçılıqda səriştəsini göstərdi. Ölkəmizi bir dünya səhnəsinə çevirən və 200-dək  ölkənin nümayəndə heyətinin, 150-dən çox dövlət və hökumət başçısının, 50 mindən artıq iştirakçının qatıldığı tədbiri 1000-dən çox beynəlxalq jurnalist  işıqlandırmış və bu gün də tarixi nəticələr barədə  təəssüratlarını bölüşməkdədirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31