Avropa Komissiyası rəhbərinin bu addımı BMT-nin özünə hörmətsizlikdir- ÖZƏL

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a qatılmamasının səbəbini "Avropa Komissiyası səlahiyyətlərin ötürülməsi vəziyyətindədir, ona görə də Avropa Komissiyasının rəhbəri öz institusional öhdəlikləri ilə məşğul olacağ"I ilə əlaqələndirsə də bu bəhanədən başqa bir şey deyil. 
Çünki bir qurumun daxilindəki hansısa texniki məsələləri əsas gətirib, dünya əhəmiyyətli konfransdan kənarda qalmaq bəşəriyyətə, onun dəyərlərinə, faciələrinə biganəlikdir, Və bu, Avropa İttifaqının iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq yolunda məsuliyyətsiz addım kimi qiymətləndirilməlidir".

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Ursula fon der Lyayen COP29-a qatılmamaqla bir daha sübut etdi ki, iqlim dəyişikliyi kimi bütün planetə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir.
Bütün dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, AVropa Komissiyasının sədrinin COP29-a gəlməməsi təşkilatın faktiki olaraq məsuliyyətdən qaçdığını göstərir. Avropa Komissiyası rəhbərinin bu addımı sözsüz ki, təkcə Azərbaycan deyil, BMT-nin özünə hörmətsizlikdir.
Məhz elə bu cür davranışın, yəni maliyyə hədəfinin müəyyən olunması prosesində bəzi inkişaf etmiş ölkələrin, xüsusilə ABŞ və Avropa İttifaqının, böyük maliyyə öhdəlikləri götürmək istəməməsi danışıqları çətinləşdirdi. Amma bütün bunlara baxmayaraq, yəni, Ursula fon der Lyayen və onun kimilərin mövqelərinə baxmayaraq Bakıda keçirilən COP29 öz hədəflərinə çatdı. Maliyyə hədəfinin 300 milyard dollar çatdırılması ilə bağlı razılığın əldə olunması, 10 ildir müzakirəsi gedən amma bir nəticəyə gəlinə bilinməyən Paris sazişinin 6-cı maddəsi üzrə razılaşmanın əldə edilməsi, "Zərər və inkişaf" fondu vəsaitlərinin artırılması kimi razılaşmalar əldə edildi ki, bu da ölkəmizin həm regional, həm də qlobal səviyyədəki rolunu daha da gücləndirdi".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31