Tramp Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə etməyəcək- ÖZƏL

"ABŞ-da yeni seçilmiş prezidenti D. Tramp yanvarın 20-dən səlahiyyətlərinə başlayacaq. Onun xarici siyasətində əsas prioritet Yaxın Şərqdə İran və İsrail məsələləri, Rusiya -Ukrayna müharibəsi və Çin məsələsi olacaq".

"Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "D. Tramp ABŞ-ın qəbul edilmiş fundamental xarici siyasət strategiyasını dəyişib, izolyasiya siyasətinə qayıdarsa, bu Rusiya və Çinin beynəlxalq müstəvidə mövqeyini gücləndirməsinə getirirb çıxara bilər. Ona görə də D.Tramp qəbul edilmiş xarici siyasət strategiyasını dəyişə bilməz. Cənubi Qafqaz regionu ilə bağlı D. Trampın siyasəti əsasən Türkiyə ilə kordinasiyalı olacaq. 

Xüsusilə D. Tramp Qarabağdan köçən ermənilərin geri qaytarmaq barədə qeydləri manipulyasiyadir və belə bir məsələlər danışıqlar predmeti ola bilməz. Ermənistan hakimiyyəti ermənilərə vətəndaşlıq verir. D. Tramp Azərbaycanla Ermənistan arasında sülh prosesini də müzakirə etməyəcək. Onun üçün əsas prioritet Rusiya və Ukrayna müharibəsi və İran məsələsi olacaq. Təbii ki, burada sülh deyil, müharibə variantı gündəmədə olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31