Azərbaycan lider imicini daha da möhkəmləndirdi-Spiker
25 Noyabr 2024 11:11 Siyasət"Bakıda keçirilən COP29-un iqlim dəyişikliyi probleminin həlli üçün qlobal səylərə verdiyi töhfələr barədə hələ çox danışılacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib:
"İki gün öncə Bakıda COP29 uğurla başa çatdı. Bununla Azərbaycan lider imicini daha da möhkəmləndirdi. COP29 çərçivəsində noyabrın 16-17-də Parlament görüşü də keçirildi. Tədbirdə 67 ölkədən 95 nümayəndə heyəti, yəni 345 nəfər parlament təmsilçisi iştirak etdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31