Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
10:50 SiyasətAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı jurnalistin sualını cavablandırmayaraq ərazidən uzaqlaşıb.
Olaylar xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri, televiziya aparıcısı Rövşən Məmmədov məlumat verib.
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edən Azərbaycan bu tədbir ilə kimin düşmən, kimin dost olduğunu daha yaxşı anladı.
Tədbir zamanı AzTV-nin kameralarına Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tuş gəlsə də, bu cür qlobal tədbirlərdə bülbül kimi ötən Şarl Mişel jurnalistimizin sualına cavab verməkdən yayındı", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlmişdi.