Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayır- ÖZƏL
12:27 Siyasət"COP29-un sədri olaraq, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynayaraq konsensus əldə edilməsinə töhfə vermək üçün strateji mövqedə dayanır". "Olayalar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Azərbaycan, həm inkişaf etməkdə olan ölkə kimi öz təcrübələrini paylaşaraq, həm də inkişaf etmiş ölkələrlə iqlim öhdəlikləri ilə bağlı danışıqlara vasitəçilik edərək, hər iki tərəf arasında daha ədalətli və davamlı həll yolları tapmağa çalışır. Azərbaycanın başladığı meqalayihələr, xüsusilə enerji və nəqliyyat sahələrində, Avrasiyanın strateji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Ölkə Cənubi Qafqazın önəmli enerji və tranzit mərkəzinə çevrilib və bu, regiondakı ticarət yollarının diversifikasiyasına və Avropa ilə Asiya arasında daha güclü əlaqələrin qurulmasına töhfə verib. İqlim dəyişmələri ilə mübarizədə yerli qanunlar və beynəlxalq öhdəliklər mütləq nəzərə alınmalıdır. Sammit zamanı keçirilən müzakirələrdə qeyd edilib ki, münaqişədən və müharibədən əziyyət çəkən ölkələr, həmçinin iqlim dəyişmələrindən təsirlənir. Eyni zamanda, münaqişələrə məruz qalan ölkələr iqlim maliyyəsindən də əziyyət çəkir. Xüsusilə bir məsələyə diqqət edək. Bu gün hər kəsə məlumdur ki, kiçik ada dövlətləri, dağlıq və okeana çıxışı olmayan ölkələr bu məsələlərdən əziyyət çəkirlər. Bu münaqişələr ildən-ilə daha çox insanı didərgin salıb. Lakin belə davam edərsə, iqlim dəyişmələrinin gələcəkdə daha çox insanı məcburi köçkün vəziyyətinə salacağı gözlənilir".