Azərbaycanın Haaqadakı iddiası... – ÖZƏL

Azərbaycan  Ermənistanın işğal etdiyi ərazilərdəki enerji resurslarından qeyri-qanuni istifadə edilməsi ilə bağlı Haaqadakı Daimi Arbitraj Məhkəməsinə iddia sənədini təqdim edib. Bu addım  30 il ərzində işğal olunmuş ərazilərdən enerji resurslarının qanunsuz istismarı nəticəsində vurulmuş zərərin ödənilməsi üçün yeni bir mərhələni açır. Rəsmi Bakı  Ermənistanın Azərbaycanın enerji obyektlərini qeyri-qanuni istifadə edərək öz enerji ehtiyaclarını ödədiyini və bunun beynəlxalq hüquqla zidd olduğunu bildirir. Bu hüquqi proses, dövlətlərin suveren hüquqlarının qorunması məsələsində mühüm presedent yaradır.

Mövzü ilə bağlı konfliktoloq Elman Vəliyev Olaylar.az-a açıqlama verib:

"Qarabağ bölgəsi illərdir münaqişə bölgəsi idi. Siyasi arenada münaqişə bölgəsi barədə Haaqada iddialar irəli sürmək nəticəsiz qalır. İndi bölgə yenidən haqlı olaraq Azərbaycanın nəzarətinə keçdi. Lakin hələ də bəzi nüanslar qalıb. Azərbaycan Haaqada Ermənistan əleyhinə iddialar qaldıra  bilər. Oradakı presedentlər (keçmişdə olanı əsas gətirmək) belə ola bilər; qanunsuz resurslardan istifadə, ekologiyanın məhv edilməsi, sivillərə qarşı genosid cəhdləri, dini dəyərlərin məhv edilməsi, beynəlxalq hüququn tapdalanması. 1997-ci ildə piyadalar əleyhinə minalar barədə qəbul edilmiş Ottava konvensiyasına istinadən iddialar irəli sürə bilər. Azərbaycanın əsaslı sübutları və diplomatik dəstəkləri də olmalıdır. Ancaq hazırda bu çox da avantajlı bir addım olmaz. Birincisi bu iddiaların hüquq müstəvisində həll ediləcəyi inam doğurmur. Alınsa idi, BMT qətnamələri yerinə yetirilərdi. İkincisi hazırda iki tərəf arasında "mülayim hava" şəraiti mövcuddur. Yəni sülh amili istiqamətində ortaq fikirlərə gəlməyə çalışırlar və müsbət nəticə əldə edə bilərlər. Sadəcə bölgədə maraqlı olar qruplar və aktorlar maneələr törədirlər. Əgər Azərbaycan Ermənistana qarşı Haaqada iddialar irəli sürsə, qarşı tərəf bunu əlində bayraq edərək münasibətlərə xələl gətirməyə çalışacaq!"

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31