Deputatımız Kanadaya səfər edəcək

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək. "Olaylar" xəbər verir ki, sessiya çərçivəsində   "NATO-nun inkişaf edən hava və raket hücumundan müdafiə durumu", "Qərbi Balkanlar: NATO-nun astanasında yeni təhlükəsizlik çağırışları" və digər mövzularda müzakirələr aparılacaq.
Səfər müddətində deputat Ramid Namazovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.
Səfər noyabrın 28-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31