YAP ciddi siyasi qərarların qəbulu prosesində öndə gedir - ÖZƏL

"Yeni Azərbaycan Partiyasının bütün nailiyyətləri, Azərbaycan xalqının və dövlətinin inkişafına töhfə verdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Bu günün reallıqlarına baxdıqda əmin oluruq ki, əgər o dövrdə Yeni Azərbaycan Partiyası yaranmasaydı, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan müstəqil ölkə ola bilməzdi. Siyasi-iqtisadi islahatlar, həyata keçirilən müdrik siyasət Azərbaycana böyük uğur gətirdi. Nəticədə, iqtisadiyyatın dinamik inkişafı Azərbaycanın tərəqqisini və qarşıda duran bir çox milli hədəflərin reallaşmasını mümkün etdi. Davamlı və genişmiqyaslı islahatların nəticəsidir ki, bu gün Cənubi Qafqazın iqtisadiyyatının təqribən üçdə iki hissəsi Azərbaycan iqtisadiyyatının payına düşür.  
Sosial ədalət və insan amili hakim partiyanın əsas prioritetlərindən biridir. Əldə olunan gəlirlər sosial islahatların icrasına yönəldilir. Fəal məşğulluq tədbirləri həyata keçirilir, yeni istehsal sahələri yaradılır və iş yerlərinin sayı artırılır.Yeni Azərbaycan Partiyası hər zaman cəmiyyətin inkişafında ciddi siyasi qərarların qəbulu prosesində öndə gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31