Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda ucaldılır- ÖZƏL

"Hədəflərə zamanında nail olmaq, qarşıya qoyulan vəzifələrin uğurlu icrasını təmin etmək üçün atılan davamlı addımlar və müsbət nəticələr gələcəyə daha böyük inamla baxmağa  əsas verir". "Olaylar" xəbər verir ki, bunu YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov deyib: "Müstəqilliyimizin xilalaskarı kimi adını tarixə qızıl hərflərlə yazan Ulu Öndər Heydər Əliyevin  ideyalarını uğurla həyata keçirən, Azərbaycanı qalib, bütövləşən, yeni dövrə qədəm qoyan  ölkə kimi tanıdan qalib Prezidentimiz İlham Əliyevin  həyata keçirdiyi siyasətin təbliği partiyanın hər bir üzvünün  əsas vəzifələrindəndir. Yeni Azərbaycan Partiyası postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən yeni Proqramınıdan irəli gələn vəzifələri yüksək səviyyədə yerinə yetirərək həm ölkəmizin, həm də partiyanın qarşısında açılan yeni imkanlara yeni əlavələr edir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Ulu Öndər Heydər Əliyev "91-lər"in müraciətinə cavabında Azərbaycanın bugününü  və gələcəyini necə görmək istəyirdisə, Prezident İlham Əliyev son 21 ildə həmin istəyi tamamilə reallığa çevirdi. Qalibiyyət rəmzi olan Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda  ucaldıldı. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Müasir müstəqil,  qalib və bütövləşən  Azərbaycan hər birimizin qürur mənbəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31