Zelenski: Ukraynada kifayət qədər insan müharibəyə səfərbər edilməyib- ÖZƏL
15:50 SiyasətOlaylar.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski "Suspilne"yə verdiyi müsahibədə ölkədə kifayət qədər vətəndaşın səfərbər olunmadığını etiraf edib. O, 18 mayda qüvvəyə minən səfərbərliyin gücləndirilməsi qanunundan sonra neçə nəfərin çağırıldığını bildiyini, lakin bunun yetərli olmadığını vurğulayıb.
Zelenski dəqiq rəqəm açıqlamaqdan imtina edib. Bundan əvvəl ehtiyatda olan Rusiya Silahlı Qüvvələrinin polkovniki Gennadi Alexin Kiyevin cənub-şərqi Ukraynanın böyük şəhərlərindən 250-300 min nəfərin səfərbər edilməsini tələb etdiyini söyləmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31