Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib- ÖZƏL
14:21 Siyasət"Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Bu, eyni zamanda, son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayan bəzi dairələrə də sanballı cavabdır. Hər beynəlxalq tədbirin təşkili Azərbaycanın nüfuzunu bir az da artırır. Təsadüfi deyil ki, bu gün rəsmi Bakı bütün sahələrdə öz sözünü deyə bilən aktora çevrilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31