Azərbaycan məhsuldar əməkdaşlıq formatı yaradıb- ÖZƏL

"Azərbaycanın coğrafi yerləşməsi ona bir sıra mühüm üstünlüklər verir və ölkəmiz bu üstünlüklərdən təkcə özünün deyil, həm də qlobal miqyasda digər dövlətlərin və xalqların mənafeylərinə uyğun yararlanmağı ehtiva edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu bir məkandır. Bu məkanda bütün istiqamətlərdə enerji nəqli, daşımalar, mədəniyyətlərin mübadiləsi müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Həqiqətən də Azərbaycanın bir müddət əvvəl başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son dərəcə məhsuldar çoxtərəfli əməkdaşlıq formatı yaratmağa nail olub. Ən mühüm məqamlardan biri də budur ki, aparıcı neft-qaz ölkələrindən biri kimi tanınan Azərbaycan artıq bərpaolunan enerji sahəsində də önəmli nəticələr əldə etməkdədir. COP29 bir daha bütün dünyaya nümayiş etdirəcək ki, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin əsas prioritetlərindən biridir" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31