İran Azərbaycanı ona maneə ola biləcək qüvvə kimi qiymətləndirir – Elman Vəliyev – ÖZƏL
14 Noyabr 2024 13:24 Siyasət"İran üzdə İsraillə düşmən kimi görsənir, amma bu elə deyil. Mən belə düşünmürəm. İkisi də bir-biri üçün vacibdir. Sadəcə düşmən obrazını elə mükəmməl oynayırlar ki, digər aktorlar inanır".
Bu sözləri İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçiriləcək COP29 sammitində iştirakdan imtinasını Olaylar.az-a şərh edən konfliktoloq Elman Vəliyev deyib:
"Pezeşkianın səfər etməməsi normaldır. İran Azərbaycanı özü üçün qonşu dövlət gözündə görmür. Azərbaycanı ona maneə ola biləcək qüvvə kimi qiymətləndirir. Əgər Pezeşkian səfər etsə, Ermənistanın xətrinə dəymiş olacaq, "düşmən" kimi gördüyü İsraillə bir yerdə olacaq deməkdir. Diplomatiyada əgər rəhbər səfərə özü deyil, başqasını göndərirsə, bu o deməkdir ki, o səfəri önəmsəmədiyi mesajını vermək istəyir. Bunu isə ya rəqib kimi gördüyündən, ya maraqlarına zidd olduğundan edir".
Qiymət Mahir