Paşinyan niyə Vardanyandan imtina edir?- ÖZƏL
30 Oktyabr 2024 13:29 Siyasət"Oktyabrın 24-də Kazanda keçirilən Əliyev-Paşinyan danışıqlarında iki ölkənin xarici işlər nazirləri də iştirak ediblər. Bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat verib. "Görüş zamanı Azərbaycan həbsxanalarında işlətdikləri cinayətə görə cəzalarını çəkən məhbuslar haqqında söhbət düşüb. Ararat Mirzoyan İlham Əliyevin COP29-da iştirak etmələri müqabilində əsir götürülmüş ən azı bir neçə hərbçini geri qaytarmağını istədikdə və tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verəndə Azərbaycan Prezidenti sualı cavablandırmaq əvəzinə özü sual verib. O, Paşinyandan soruşub: "Niyə Ruben Vardanyanın azad edilməsini istəmirsiniz?" Ermənistanın baş naziri cavabında deyib: "Çünki mən bilirəm ki, siz onu geri verməyəcəksiniz". Əliyev sözlərinə belə davam edib: "Əvəzində onu başqa ölkədən tələb edirlər, Putin tələb edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib: "Amma Paşinyan həmişə olduğu kimi burada da səmimi deyil. Çünki Paşinyanın Vardanyandan Putinin ona qarşı istifadə etmək istəməsi barədə məlumat var. Putin məhz buna görə də İlham Əliyevdən Vardanyanın azad olmasını istəyir. Vardanyanın azad olunub Ermənistana geri qaytarılması elə Paşinyanın hakimiyyətinin sonu anlamına gəlir. Deməli Vardanyanın həbsxanada qalması Paşinyanın xeyrinədir. Və ya Vardanyan Rusiyanın əlində Paşinyanı itaətdə saxlamaq üçün bir vasitədir, mexanizmdir. Paşinyan Rusiyanın sözündən kənara çıxan kimi Vardanyan məsələsi ortaya atılacaq və hakimiyyət dəyişikliyi olacaq. Son dövrlər Paşinyanın Rusiya ilə yaxınlaşmaq istiqamətində səsləndirdiyi fikirlərin arxasında bəlkə də elə bu dayanır".