Azərbaycanın uğurları düşmənlərimizin yuxusuna haram qatıb- ÖZƏL

"30 il Ermənistanın Azərbaycana qarşı işğalına, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkünün ən elementar hüququnun  pozulmasına, dəhşətli hərbi cinayətlər törədib, milli-mənəvi, tarixi və dini mirasımızı talan edilməsinə göz yumub susan ölkələr və Avropa strukturları,  bu gün qlobal iqlim  probleminə töhfə verməyi qarşısına məqsəd kimi qoyan  ölkəmizə qarşı böhtan xarakterli təbliğat kampaniyasını  həyata keçirməkdədirlər". Bunu "Ölaylar"a açıqlamasında deputat Eyvaz Qurbanov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra Cənubi Qafqazda adayanıqlı sülhün, sım əməkdaşlıq formatlaırnın yaradılması istiqamətində aktiv siyasət yürütməklə yanaşı, qlobal problemlərin həllində  hər zaman əməkdaşlığa hazır olan Azərbaycanın hədəf seçilməsi heç cür anlaşılan deyil: "Xüsusən də dünya üçün mühüm əhəmiyyət  kəsb edən COP29 kimi mötəbər tədbiri keçirməklə qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməyə hazır olan  Azərbaycan kimi bir ölkəyə qarşı belə bir münasibətin bəslənməsi ədalətsizliyin bariz nümunəsidir.  Fransa, Avropa Parlamentinin  və digər qüvvələrin   Azərbaycanı hədəf seçərək əsassız, cəfəng və absurd iddialarla ittham etməyə cəhdi əslində, bu qüvvələrin qlobal iqlim dəyişikliyi kimi mühüm probleminin həllinə qarşı çıxması kimi dəyərləndirmək lazımdır. Çünki COP29-da qlobal iqlim dəyişikliyinə qarşı  effektiv mübarizə aparmaq üçün amliyyə mənbələri, bu sahəyə investisiya qoyuluşu kimi mühüm məsələlər müzakirə ediləcək. Lakin biz başda Fransa, Ermənistan, erməni lobbisi, Avropa Parlamenti  belə bir qlobal problemin həllində maraqlı olmadığını şahidi oluruq".
 Deputat əlavə edib ki, bunun da səbəbi aydındır: "Azərbaycan hər zaman üzərinə düşən vəzifəni layiqincə  və uğurla icra edən ölkə olub. Bu səbəbdən də  Azərbaycan beynəlxalq miqyasda etirablı tərəfdaş hesab edilir. Azərbaycanın uğurları isə düşmənlərimizin yuxusuna haram qatıb. Bilirlər ki, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı beynəlxalq miqyasda aparılan mübarizədə yenə də  öndə olaacq və ciddi uğurlara imza atacaq. Azərbaycan nəinki qlobal iqlim dəyişikliyinə ciddi töhfə verəcək, hətta bundan faydalanaraq ölkəmizin  daha da güclənərək dünyanın ən nüfuzlu ölkələrindən birinə çevriləcək. Bu da təbii ki, düşmənlərimizi ciddi narahat etməyə bilməz. O baxımdan da ölkəmizə qarşı hücumlarla keçirlər. Lakin unudrlar ki, Azərbaycanda belə təzyiq və təhdidlərə qarşı bir immunitet formalaşıb. Bu cür metodlarla Azərbaycanı yolundan döndərmək mümkün deyil. Azərbaycan COP29-a ən yüksək səviyyədə ev sahibliyi edərək bu sahədə ciddi uğurlara imza atacaq. düşmənlərin mərkli niyyətləri  isə hər zaman olduğu kimi puç olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31