Beynəlxalq aləm Azərbaycanın mina probleminə lazımı diqqət ayırmır - Vüqar Süleymanov
30 Oktyabr 2024 12:32 SiyasətBeynəlxalq aləm Azərbaycanın mina probleminə lazımı diqqət ayırmır.
Olaylar xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ANAMA ilə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarının işgüzar görüşündə deyib.
O bildirib ki, bu məsələdə də ikili standartlar hökm sürür.
"Ərazilərimizin mina və partlamamış sursatlardan təmizlənməsi üçün maliyyənin 95%-i dövlətimiz tərəfindən ayrılır. Qalan 5%-i isə digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təmin edilir",- o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31