Türk dövlətləri təhlükəsizlik məsələsində fəal iştirak etməlidirlər- ÖZƏL
29 Oktyabr 2024 12:15 Siyasət"Azərbaycan Trük dövlətlərinin birliyinin yaranmasında əhəmiyyətli rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib: "Azərbaycan həm də Türk dövlətlərinin inteqrasiyası, onların yaxınlaşmasına da öz töhvəsini verib. Ancaq yaxşı olardı ki, müttəfiq dövlətlər hərbi və iqtisadi əməkdaşlıq sahəsində də əməkdaşlığı gücləndirsinlər. Nəzərə almaq lazımdır ki, bu dövlətlər Türk dövlətlərinin təhlükəsizlik məsələsində fəal iştirak etməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31