Ərdoğan Azərbaycan-Ermənistan arasında sülh prosesindən danışdı
28 Oktyabr 2024 20:42 SiyasətAzərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
"Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik", - Ərdoğan qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31