Tarixi Zəfərimiz Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirib- ÖZƏL

"Postmüharibə dövründə Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlara səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edir. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq və Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Böyük Qayıdış layihəsi ilə Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, layihə çərçivəsində genişmiqyaslı işlər sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız tarixi Zəfərlə Azərbaycan daha da güclü və qüdrətli dövlətə çevrilib. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu, dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş rayonlarımızda beynəlxalq standartlara cavab verən hava limanlarının, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi potensialını nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31