Azərbaycan çoxvektorlu və milli maraqlar əsaslanan xarici siyasət yürüdür- ÖZƏL
25 Oktyabr 2024 13:11 Siyasət"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionda lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və milli maraqlar əsasında müəyyən edilmiş xarici siyasət yürüdür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev deyib: "Yürüdülən xarisi siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafına mühüm töhfələr verir. Azərbaycanın fəal xarici siyasəti, o cümlədən parlament diplomatiyası, davamlı inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən aparıcı siyasi mərkəzlərindən birinə çevirməkdədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31