İmperialist qüvvələr Gürcüstana nə verdi? - ÖZƏL

"Gürcüstan həqiqətən də tarixi bir seçim qarşısındadır, çünki Gürcüstanda imperialist qüvvələrlə  milli qüvvələrin yarışı gedir. İmperialist qüvvələr uzun illərdir ki, Gürcüstanda kök atmağa çalışırlar. Hətta bir dönəm buna nail də olublar. Lakin "imperialist qüvvələr Gürcüstana nə verdi",-sualına cavab olaraq deyə bilərik ki, Gürcüstan Abxaziyanı, Cənubi Osetiyanı itirdi, Rusiya ilə  düşmənçilik münasibətləri yarandı, minlərlə gürcü öz evlərini tərk etməyə məcbur oldu". 

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Cənubi Qafqazda iki müharibə ocağı yenidən alovlandı. Rusiyada yaşayan minlərlə gürcü oranı tərk etməli oldu, Gürcüstanda "beşinci kolon"un fəaliyyəti daha da genişləndi. Onlar Gürcüstan ictimaiyyətinə ciddi şəkildə təsir etməyə başladılar. Lakin gürcü xalqının hadisələrə Tiflisdən baxan kəsimi çox yaxşı başa düşdü ki, onlar Qərbin öz maraqları üçün həyata keçirdiyi siyasəti davam etdirsələr, Gürcüstanın dövlət müstəqilliyi təhlükə altına düşəcək. "Gürcü Arzusu" hakimiyyətə gəldi və Rusiya ilə  münasibətləri müəyyən dərəcədə stabilləşdirdi. Ölkədə "beşinci kolon" fəaliyyətini zəiflətdi. Parlamentdə bir çox qərarlar qəbul edildi və xaricdən maliyyələşən, siyasətini antigürcü dəyərləri üzərində qurmuş media orqanlarına, dırnaqarası QHT-lərinə qarşı önəmli bir addım atıldı. Lakin bu hələ son deyil. "Beşinci kolon"un  fəaliyyəti hələ də dayanmayıb. Bu seçkilərdə Gürcüstanda yaşayan həmvətənlərimiz və digər xalqların nümayəndələri bir daha sandıq qarşısına gedir və bu sandıqda da həqiqətən yeni "beşinci kolon"ların hakimiyyətə gəlməməsi üçün xalq seçimini edəcəkdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31