Bu cür terror hadisələri Türkiyəyə təsir edə bilməyəcək - ÖZƏL

"Hesab edirəm ki, Türkiyədə baş vermiş terror hadisəsi Türkiyəyə qarşı PKK-nın növbəti alçaq və xain hücumudur".


Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Bu hadisə Türkiyə dövləti bu məsələləri sülh yolu, danışıqlar yolu ilə həll etmək istədiyi bir məqamda baş verdi və hətta hadisələrə diqqət yetirsək, Ərdoğanın BRİKS sammitinə qoşulması və orada önəmli görüşlərə başlaması ərəfəsində   oldu. Düşünürəm ki, bu hadisə terrorla Türkiyəni çökdürmək, Türkiyəni terrorçuların tələbinə tabe etdirmək məqsədi daşıyır. Lakin Türkiyə bu terrora təslim olmadığı kimi yenə də olmayacaq. Türkiyənin üz tutduğu, getdiyi bir istiqamət var, daha da güclənmə, regional və qlobal bir dövlət olmaq yolunda addımlar atmaq. Düşünürəm ki, bu istiqamətdə də davam edəcək. Bu cür terrorlar, terror hadisələri Türkiyəyə təsir edə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31