Sülh sazişi imzalamaq üçün Ermənistanın konstitusiyasına dəyişikliklər etməsi lazımdır - ÖZƏL
24 Oktyabr 2024 14:57 Siyasət"İlin sonuna qədər sülh müqaviləsini imzalamaq üçün potensial zaman azdır".
.jpg)
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Hər zaman Ermənistan tərəfindən "bu ilin sonuna qədər sülh sazişi imzalana bilər" kimi açıqlamalar gəlib. Bu əslində elə də asan məsələ deyil, 1-2 gün və ya 1-2 ayın işi deyil. Yəni sülh sazişini imzalamaq üçün detallı çalışmalar lazımdır. Durduq yerə "mən bu müqaviləni imzalayıram" deyib, icra etmək olmaz. Onsuz burada 16 bəndlik şərtlər var və 16 bəndin hər biri tam olaraq həyata keçirilməlidir. Amma Ermənistan bunu tam olaraq həyata keçirmir. Keçirmirsə, demək sözdə "sülh müqaviləsi imzalayaq" kimi açıqlama verməyin heç bir mənası yoxdur. Məsələyə praktiki olaraq yanaşsaq, indiki halda onu etmək üçün Ermənistanın konstitusiyasına dəyişikliklər etməsi lazımdır, yaxud da konstitusiya məhkəməsi elə bir formada qərar çıxarmalıdır ki, həmin qərar birbaşa konstitusiyanın dəyişiminə gətirib çıxara biləcək bir prosesi icra etsin. Amma bu gün Ermənistan bunu edə bilmir, ya da etmək istəmir. Bu olduğu halda və qoyulan şərtlər tam yerinə yetirilmədiyi halda, imzalanmış müqavilənin keçərliliyi nə qədər ola bilər, bu özü şübhə altındadır.
Bu baxımdan düşünürəm ki, ilin sonuna qədər bu məsələ çətin həll ola bilər. Ola bilsin ki, gələn ilin əvvəllərində və yaxud da ortalarında hansısa formada bir müqavilə imzalamaq olar, amma indiki halda müqavilə imzalamağın özü bir az risklidir. Ona görə də, il sonuna qədər sülh sazişinin imzalanmasını real qəbul etmirəm".