Çin daha çox ölkənin BRİСS-ə qoşulmasını dəstəkləyəcək - Çin prezidenti
24 Oktyabr 2024 13:38 SiyasətÇin daha çox ölkənin BRİСS-ə qoşulmasına dəstək verəcək.
Olaylar xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda keçirilən XVI BRİKS sammitinin "BRİCS+" formatında birinci plenar iclasında çıxışı zamanı deyib.
"Beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Çintərəfi hər zaman Qlobal Cənub ölkələrinin qayğısına qalacaq, onların yanında olacaq və getdikcə daha çox Qlobal Cənub ölkəsinin BRİKS-ə üzv dövlət kimi və ya tərəfdaş ölkə kimi BRICS+ formatına qoşulmasını dəstəkləyəcək. Biz bəşəriyyət üçün ortaq taleyi olan bir cəmiyyət naminə Qlobal Cənubda güclü bir qüvvə quracağıq", - deyə o bildirib.
Çin Xalq Respublikasının sədri həmçinin koordinator kimi humanitar dialoqun təşviqi və dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsinin aparılması məqsədilə Qlobal Cənubun beyin mərkəzləri arasında əməkdaşlıq alyansı yaratmağa hazır olduğunu bəyan edib.