Bu təşkilatın arxasında qlobal güclər dayanıb...- ÖZƏL
24 Oktyabr 2024 13:39 Siyasət"Fətullah Gülənin yaratdığı təşkilat yalnız onun özünün qabiliyyəti, şəxsi keyfiyyətləri və öz gücünə yaranan bir təşkilat deyildi. Bu təşkilatın arxasında qlobal güclər dayanıb. Onu 70-ci illərdən qurmağa başlayıblar. Fətullah Gülənin ölümü ilə də təşkilatın fəaliyyətinin dayanacağını hesab etmirəm".
.jpg)
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"O təşkilat beynəlxalq güclərin, ABŞ-nin dəstəyi ilə yaradılıb və fəaliyyət üçün təlimatlar oradan verilib. Ona görə də təşkilatın bundan sonrakı fəaliyyəti də Türkiyə dövlətinin diqqətində olacaq və təşkilat öz fəaliyyətini davam etdirəcək. Fətullah Gülənin ölümü ilə təşkilatın gücündə müəyyən dəyişikliklər təbii ki, olacaqdır. Xarizmatik liderin dünyasını dəyişməsi onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə də müəyyən dərəcədə təsir göstərir. Bu baxımdan təşkilatın fəaliyyəti müəyyən qədər zəifləyə bilər, amma bu o demək deyil ki, onun fəaliyyəti dayanacaq. Çünki FETÖ həm də böyük maliyyə qaynaqlarına nəzarət edir və təxmini yüz milyardlarla dollarla ölçüləcək bir potensialdan söhbət gedir. Ona görə də bu təşkilatın fəaliyyəti bundan sonra da bir müddət davam edəcək".
Zeynəb Rzayeva