Gürcüstan cəmiyyəti kifayət qədər yetkin və hazırlıqlı cəmiyyətdir- ÖZƏL

"Gürcüstanda hazırda Qərbin müxtəlif siyasi dairələri seçkilərin taleyinə və nəticələrinə əvvəlcədən təsir etmək istəyirlər. Lakin bu gün Gürcüstanın prioritetləri ərazi bütövlüyü, region dövlətləri ilə bərabərhüquqlu münasibətlərin qurulması, milli maraqların qorunması məsələsidir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Gürcüstanla  Azərbaycan arasında münasibətlər hər zaman yaxşı səviyyədə olub, bu gün də bu münasibətlər regionun inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Kobaxidze arasındakı davamlı şəxsi təmaslar bu əlaqələrin daha da güclənməsinə töhfə verir. Son illər həm Azərbaycan Prezidentinin Gürcüstana səfəri, eyni zamanda Gürcüstan baş nazirinin ölkəmizə səfəri dövlətlərarası və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. İki ölkə arasında əlaqələr Cənubi Qafqazda regional sülhə və əməkdaşlığa hər zaman öz tohfəsini verib. Əlbəttə ki, Gürcüstanda hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının parlament seçkilərində qələbə qazanması Gürcüstanla Azərbaycan arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmlidir.   Gürcüstanda sabitliyin və inkişafın olması, regional proseslərdə birgə maraqlardan çıxış etməsi bizim ümumi maraqlarımıza cavab verir. İki ölkə arasında uzun illərdir əməkdaşlıq mövcud olub və bu hər zaman ölkələrin inkişafına xidmət edib. Bu əlaqələr konstruktiv və qarşılıqlı maraqlara söykənib. Seçki prosesindən irəli gələrək demək olar ki, bu gün Gürcüstan cəmiyyəti kifayət qədər yetkin və hazırlıqlı cəmiyyətdir və kənardan Qərbdən hansısa beynəlxalq təşkilatların bu ölkəyə yönvermə prosesi çoxdan keçib. Hesab edirəm ki,  Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31