İşğalçı ölkə barış istəmir- ÖZƏL

"Uzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi".

"Olaylar"ın məlumatına görə, bunu Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib: "Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir.  Ermənistanın Tovuz təxribatı, ardınca təmas xətti boyunca mövqelərimizə hücum etməsi və ordumuzun cavab tədbirləri dünyaya xalqımızın əzminin, qüdrətinin və qəhrəmanlığının təsdiqi olan İkinci Qarabağ savaşının başlanması ilə sonuclandı. Cəbhə boyu bütün istiqamətlərdə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkənin ordusu xalq və lider birliyinin rəmzinə çevrilmiş "Dəmir yumruğ"un zərbəsi altında məhv edildi. İşğal altında olan ərazilərimiz ardıcıl olaraq azad olundu. 2020-ci ilin 25 oktyabrında Qubadlının düşməndən azad olunması növbəti qələbə kimi xalqımıza böyük sevinc və xoşbəxtlik bəxş etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31